“Krab kralı”nın bu qədər borcu varmış
Bizi izləyin

MDB

“Krab kralı”nın bu qədər borcu varmış

Uzaq Şərq balıqçılıq sənayeçisi, "krab kralı" ləqəbli Oleq Kanın 336 milyard rubl məbləğində borcu var.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə icraçılarının məlumat bazası və digər sənədlərə istinadən xəbər verir.

Sahibkarı qiyabi olaraq iki cinayət işi gözləyir. Bu ilin aprelində o, 2010-cu ildə iş adamı Valeri Pidenkonun qətlinin təşkilində təqsirli bilinib və 17 il müddətinə həbs cəzasına məhkum edilib. Eyni zamanda, məhkəmə Kandan beş qurbanın hər birinin xeyrinə üç milyon rubl məbləğində mənəvi ziyana görə kompensasiya tələb edib.

İkinci işdə isə sahibkar cinayətkar birlik yaratmaqda, strateji resursların qaçaqmalçılığında, gömrük rüsumlarını və vergilərini ödəməməkdə ittiham olunur. Mövcud məlumatlara görə, Primorye Arbitraj Məhkəməsi sahibkara qarşı 336 milyard rubldan çox məbləğdə icra sənədi verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm