Bu necə müharibədir? - QƏRB çökür, RUSİYA qazanır
Bizi izləyin

MDB

Bu necə müharibədir? - QƏRB çökür, RUSİYA qazanır

Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyalardan Qərb daha çox əziyyət çəkir.

Publika.az
xəbər verir ki, bu barədə ABŞ-ın “The National İnterest” nəşri yazır.

Nəşr qeyd edir ki, Qərbin iqtisadi məhdudiyyətlərinin ilkin məqsədi Ukraynaya hücumun Rusiya üçün baha başa gəlməsi idi, hərçənd, Putinin işğal hücumuna görə tətbiq edilən sanksiyaların Rusiyadan başqa hər kəsə mənfi təsir göstərdiyi müşahidə edilir.

“İqtisadi cəhətdən hər şey fərqlidir. Prezident Bayden və Qərbin digər liderləri sanksiyaların Rusiya iqtisadiyyatını zəiflədəcəyi və hərbi maşınını dayandıracağına dair vədlər versə də, bu olmadı. Rusiyanın cari balansı, mal və xidmət mübadiləsinin ölçüsü ilin ikinci rübündə möhkəmləndi, ticarət balansı isə rekord həddə çatdı – 70,1 milyard dollar. Rubl dayanıqlılıq nümayiş etdirir və nəinki dünyanın ən güclü valyutasına çevrildi, həm də 2015-ci ildən bəri avroya nisbətdə ən yüksək səviyyəyə qalxdı, dollar qarşısında əhəmiyyətli dərəcədə möhkəmləndi”, - məqalədə deyilir.

Putinin xəzinəsi necə dolur?

Nəşr qeyd edir ki, bunun cavabı yüksək əmtəə qiymətləri və Rusiyanın qeyri-Qərb ölkələrinə neft, qaz, taxıl, hətta qızıl ixracını davam etdirməsidir: “Lakin Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr üçün hər şey o qədər də ürəkaçan deyil. Avropa enerji ehtiyaclarını ödəmək uğrunda mübarizə aparır, inflyasiya getdikcə pisləşir və ətraf mühitin qorunması məsələsi arxa plana keçir. Məsələn, Almaniyanın “Yaşıllar” partiyasını təmsil edən iqtisadiyyat və iqlim dəyişikliyi üzrə naziri ölkədə kömürlə işləyən 17 elektrik stansiyasını yenidən işə salmağa məcbur oldu. Bayden bu yaxınlarda səfər etdiyi Səudiyyə Ərəbistanından bazara daha çox neft çıxarmağı xahiş etdi. Çünki ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddindədir. Belə demək mümkünsə, Rusiyanın başlatdığı müharibəyə iqtisadi reaksiya ruslardan başqa hər kəsə zərər vurur. Qərb liderlərinin diktatorları cəzalandıranda iki amili nəzərə almağının vaxtı çatıb. Mənəvi əsaslandırma və gözlənilən sosial-iqtisadi problemlər. Mənəvi əsaslandırma Rusiya iqtisadiyyatının maksimum təcrid edilməsini tələb etsə də, pandemiyadan çıxmış dünya iqtisadiyyatında tələb və təklif arasında uçurumun yaranması, inflyasiyanın yüksək həddə çatması daha ehtiyatlı davranmaq məcburiyyətini yaradır. Hər şey tərsinə oldu. Sanksiyalar və müharibə enerji və taxıl tədarükü zəncirini pozdu, beləliklə, Rusiya üçün yeni iqtisadi imkanlar yarandı”.

- Helsinkidə mənzillənən Enerji və Təmin Hava Mərkəzinin məlumatına görə, müharibənin ilk üç ayında Rusiyanın neft, qaz və kömürün satışından qazancı 100 milyard dollar olub.

- Bayden Administrasiyası isə bazarı təmin etmək və benzin qiymətlərini endirmək məqsədilə Strateji Neft Ehtiyatını açdı, lakin ABŞ-ın strateji ehtiyatı 1980-ci illərin ortalarından sonra ilk dəfə ən aşağı səviyyəyə düşüb.

- Ötən il qaz ehtiyacının 40 faizini Rusiyadan idxal edən Avropa ikiqat zərbə altına düşüb. Rusiya idxalının azalması və enerji qiymətlərinin artması nəticəsində yaranmış inflyasiyaya görə bir anda kəsirlə üzləşib. Qışın uzun və soyuq keçməsi təhlükəsi var, enerjiyə təlabat kəskin artacaq.

- Fevral ayında, Rusiya Ukraynaya hücuma keçənə qədər Federal Ehtiyat Sisteminin qlobal əmtəə qiymətləri indeksi 203 idi, iyunun sonuna qədər bu, 12 faiz artaraq 227 oldu. Artan əmtəə qiymətləri Rusiyanı çökdürmək əvəzinə, maliyyə sistemini gücləndirdi.

“The National İnterest”in məqaləsində bu faktlar sıralanır və qeyd olunur ki, müharibənin nəticəsi nə olursa olsun, Rusiya iqtisadi baxımdan heç də zərər görmədi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm