MDB
Bu ölkədə son 3 ildə 7-ci seçki: Sabitlik yaranacaq, yoxsa...
Bolqarıstanın keçmiş baş naziri Boyko Borisovun “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” və “Demokratik Qüvvələr İttifaqı” (GERB-SDS) partiyalarının koalisiyası parlament seçkilərində qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Nova" telekanalı məlumat yayıb.
"GERB-SDS 26,08 faiz səslə parlament seçkilərində qalib gəlir", - kanalın materialında qeyd olunur.
İkinci yeri 14,76 faiz səslə “Dəyişikliyə Davam Et” partiyası və “Demokratik Bolqarıstan” birliyinin koalisiyası tutub. Dirçəliş partiyası 13,81 faiz səslə üçüncü yeri tutub. Bu siyasi qüvvə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır.
Beləliklə, bu seçkilər Bolqarıstanda son üç ildə yeddinci oldu. Bir neçə ildir ki, əsas siyasi qüvvələr razılığa gələ, sabit hökumət qura bilmirlər. Bu baxımdan, analitiklər gələcəkdə partiyaların danışıqlarının növbəti uğursuzluğunu və gələn il səkkizinci növbədənkənar seçkilərin keçiriləcəyini istisna etmirlər.
Adəm Abbaslı
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












