68 ölkədən 6 min fanat onu dinəmək üçün Almatıya gəlib
Bizi izləyin

MDB

68 ölkədən 6 min fanat onu dinəmək üçün Almatıya gəlib

Dünya şöhrətli müğənni, qazaxıstanlı pop-ulduz Dimaş Kudaybergen solo-konsert verib.

Publika.az yerli elektron mediaya istinadla xəbər verir ki, pop-ulduğun konserti 10 hektardan artıq sahəsi olan Almatı mərkəzi stadionunda baş tutub. 25 min yerlik bu idman arenasında təşkil olunan konsertin biletləri neçə gün əvvəldən satılıb qurtarıb.

Dimaş Kudaybergenin mətbuat xidmətinin yaydığı məlumata görə, dünyanın 68 ölkəsindən 6 mindən artıq meloman sevimli müğənnilərinin hitlərinə qulaq asmaqdan ötrü Almatıya təşrif buyurub.

Dünən axşam üç saat davam edən solo-konsertində Dimaş 31 mahnı ifa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm