Rus kişilərinin BAŞI DƏRDDƏ: sentyabrın 28-də başlayır... - FOTO
Bizi izləyin

MDB

Rus kişilərinin BAŞI DƏRDDƏ: sentyabrın 28-də başlayır... - FOTO

Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazilərində keçirilən “referendumlar” başa çatdıqdan sonra "səfərbərlik yaşı" olan kişilərin Rusiyanı tərk etmələri məhdudlaşdırıla bilər.

Publika.az xəbər verir ki, bu barədə "Meduza" prezident administrasiyasına yaxın iki mənbəyə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, qadağanın tətbiqi üçün ən çox ehtimal olunan tarix sentyabrın 28-dir. "DXR", "LPR" və Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində "referendumlar" sentyabrın 27-də axşam başa çatacaq. Meduzanın həmsöhbəti deyib ki, “çıxış vizası” oxşayışı tətbiq oluna bilər və kişilər Rusiyanı tərk etmək üçün hərbi komissarlıqdan icazə almalı olacaqlar.

Rusiyada artıq kişilər üçün səyahət məhdudlaşdırılıb.

Rusiyanın bir sıra qurumlarının hərbi komissarları səfərbərlik əmri ilə artıq ehtiyatda olan hərbçilərin Rusiyadan kənara çıxmasına qadağa qoyub.

“Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov sentyabrın 25-də özünün "Telegram" kanalında FSB-nin Rusiyadan Qazaxıstana getməyə çalışan şəxslərə verdiyi bildirişi dərc edib. Arayışlarda hərbi komissarlığın qərarı əsasında onların ölkədən çıxışına icazə verilmədiyi qeyd olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm