MDB
Putin Qarabağdakı sülhməramlıların gələcək mandatından DANIŞDI
"Qarabağda Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi məsələsi hələ də açıqdır və Ermənistan və Azərbaycan arasında gələcək danışıqlardan asılıdır".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi jurnalistlərə bildirib.
"Sülhməramlılarla bağlı məsələyə gəlincə, bu, bizim 2020-ci ilin 10 noyabr tarixli, münaqişə bitəndə verilən birgə bəyanatda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bunu müzakirə etdik. Amma bunun üçün bizim birgə razılaşmamız lazımdır", - o deyib.
Onun sözlərinə görə, mandatın uzadılması məsələsi digər məsələlərdən, o cümlədən sülh müqaviləsindən və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasından asılıdır.
"Əgər o məsələlər həll olunarsa, o zaman sülhməramlılar məsələsi başqa məsələ olacaq. Əgər onlar həll olunmasa, yaxud qismən həll olunsa, bizim sülhməramlı kontingentimizin gələcəyi bundan asılı olacaq", - deyən Rusiya lideri əlavə edib ki, Ermənistan və Azərbaycan Qarabağda gördüyü işlərə görə Rusiyaya öz təşəkkürlərini çatdırıblar.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
