MDB
Qazaxıstanda yerli məclislərə deputat seçkilərində səsvermə başa çatdı
Qazaxıstanda bütün səviyyələr üzrə məslixat deputatlarının növbədənkənar seçkilərində səsvermə başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə NUR Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadla məlumat yayıb.
Astana vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün seçki məntəqələri bağlanıb. Seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayıblar.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 16:00-a olan məlumata əsasən, ölkə üzrə seçici fəallığı 53,86 faiz təşkil edib. Ən yüksək seçici fəallığı Türküstan vilayətində qeydə alınıb – 69,84 faiz. Ən aşağı göstərici isə Almatı şəhərində olub – 33,73 faiz.
Seçki kampaniyası çərçivəsində 228 məslixatda deputat mandatları üzrə 3 447 yerin bölüşdürülməsi nəzərdə tutulur.
Seçkilərdə partiya siyahıları üzrə yeddi siyasi partiya iştirak edib: “Auıl”, Milli Sosial-Demokrat Partiyası, Qazaxıstan Xalq Partiyası, “Respublika”, “Ak Jol”, “Baytaq” və “Adilet”.
Seçkilərin nəticələri səsvermə başa çatdıqdan sonra beş gündən gec olmayaraq elan edilməlidir.
Hüseyn İbadlı
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
-
Yaxın Şərq16:05Ərəb Koalisiyası husilərə qarşı hərbi əməliyyata başladı
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
































