MDB
Zelenskidən yeni islahat anonsu - Aİ-dən xəbər gözləyirik

Biz yeni islahatlar hazırlayırıq və Aİ sammitindən xəbər gözləyirik.
Publika.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Ukrayna-Avropa İttifaqı sammiti ərəfəsində prezident Vladimir Zelenski Avropa İttifaqından Kiyevin Aİ istiqamətində irəliləyişinə dair qərarlar gözləyir və yeni islahatlar vəd edir.
Zelenskinin sözlərinə görə, hakimiyyət bu həftə keçirilməsi planlaşdırılan Ukrayna-Aİ sammitinə hazırlığı yekunlaşdırmaq üzrədir.
"Biz Ukrayna üçün xəbərlər gözləyirik, Avropa İttifaqındakı tərəfdaşlarımızın qərarlarını gözləyirik ki, bu da bizim institutlarla Aİ arasında əldə olunmuş qarşılıqlı fəaliyyət səviyyəsinə uyğun olacaq”, - deyə Ukrayna prezidenti bildirib.
Zelenski qeyd edib ki, çərşənbə axşamı o, beynəlxalq hökumət və ofis bloku ilə uzunmüddətli görüş keçirib və yeni islahatlar barədə məlumat verib:
“Biz Aİ nümayəndələri ilə danışıqlar üçün Ukraynanın təkliflərini hazırlayırıq və ən önəmlisi, Ukraynada sosial, hüquqi və siyasi reallığı dəyişdirəcək yeni islahatlar hazırlayırıq”
Qeyd edək ki, Ukrayna-Aİ sammiti fevralın 3-də Kiyevdə keçiriləcək. Görüş ərəfəsində Avropa Komissiyası ilə Ukrayna hökuməti arasında məsləhətləşmələr aparılacaq.
Görüşdən sonra liderlər Ukraynanın və onun vətəndaşlarının gələcəyinin Avropa İttifaqı ilə bağlı olduğunu yazılı şəkildə təsdiq edəcəklər.
Mehti Kamiloğlu

-
İdman08:24
Səhvən həyat yoldaşının çılpaq görüntülərini yaydı - VİDEO
-
MDB08:00
Rusiyada qaz kəmərində güclü partlayış - VİDEO
-
Magazin106:46
Özcan Deniz təhdid olundu: "Ölməyə layiqsən..." - FOTO
-
Magazin102:12
Əməkdar artistin "Range Rover"i soyuldu - Xanımının çantası oğurlandı
-
Kriminal01:49
"Rüstəm Usubovu şantaj edib, təzyiq göstərməklə…" - MTN işində yeni ifadə
-
Magazin101:21
Aysun bu meyvəni görüb halı pisləşdi: "Tüklüdür, diksinirəm" - VİDEO
-
Qoroskop00:10
Günün ULDUZ FALI: uzaqdan vacib xəbərlər ala bilərsiniz
-
Maraq dünyası29 Mart 23:46
Deputat səfirliyin açılışında pianoda ifa etdi - VİDEO