MDB
Putin Lukaşenko ilə nədən danışıb? - TƏFƏRRÜAT

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 5-də telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinlə Rusiya-Belarus əməkdaşlığına dair üç blok məsələni müzakirə edib, həmçinin onunla görüşməyə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb .
Siyasətçilər arasında söhbət zamanı qaldırılan məsələlərdən birincisi ikitərəfli münasibətlərə aid olub. Xüsusilə, Putin və Lukaşenko siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyət üçün ümumi gündəliyi qiymətləndiriblər.
İkincisi prezidentlərin əvvəllər verdiyi tapşırıqların iki hökumət tərəfindən yerinə yetirilməsi ilə bağlı olub və ilk növbədə, idxalın əvəzlənməsi sahəsində və anti-sanksiya qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə göstərişlərdən gedib.
Mətbuat xidməti bildirir ki, dövlət başçıları bütün razılaşmaların icrasının qiymətləndiriləcəyi görüş keçirməyə razılaşıblar.
İclasda diqqət çəkən mövzuların üçüncü blokuna Ali Dövlət Şurasının sessiyasına hazırlıqla bağlı məsələlər daxil edilib.
"İttifaq Dövlətinin Nazirlər Şurasının iclasının fevral ayına təyin edilməsi ilə əlaqədar olaraq, Ali Dövlət Şurasının aprel-may aylarında keçirilməsi nəzərdə tutulub", - mətbuat xidmətinin bəyanatında deyilir.
İclasda Moskva ilə Minsk arasında mövcud sazişləri birləşdirəcək sənədlərin imzalanması nəzərdə tutulur.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun sanksiyalara görə ABŞ və Qərbə təşəkkür etdiyi bildirilir.
xxx
21:31
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Belarusun “Пул первог” teleqram kanalı məlumat yayıb.
"Lukaşenka ilə Putin arasında telefon danışığı bu axşam baş tutub", - məlumatda deyilir.
Prezidentlər arasında danışıqların təfərrüatları hələlik açıqlanmayıb.
Hüseyn İbadlı

-
Magazin122:48
Zaur və Günay cütlüyü: "Sizdən yadigar bu şəkil qaldı" - FOTO
-
Hadisə21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO