MDB
Paşinyan: “Tezliklə saziş imzalayacağıq”
Avropa Birliyinin (AB) Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyəcək saziş imzalanacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Hazırda AB-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma bizim razılaşmamız var ki, missiyanın fəaliyyətini tənzimləyəcək saziş müzakirə olunmalı və imzalanmalıdır”, - N.Paşinyan açıqlamasında qeyd edib.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı suala Paşinyan hər şeyin artıq formalaşmış və əldə edilmiş razılaşmalar ətrafında tam razılığın əldə olunacağı tarixdən asılı olduğunu söyləyərək cavab verib.
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”