Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
Bizi izləyin

MDB

Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...

Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya prezidentinin “həbs edilməsi” təklifləri və onun nəticələri barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə Dmitri Medvedev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, BCM-nin Rusiya liderini həbs etmək qərarı absurd və axmaqlıqdır. Bu cür hərəkətlərin hüquqi əsaslandırılması istər-istəməz əks reaksiyaya səbəb olacaq. Prezidentin həbsi isə müharibə elanıdır.

"Məsələn, nüvə silahına sahib olan dövlətin hazırkı rəhbəri Almaniyanın ərazisinə gəlib və həbs olunub. Bu nədir? Rusiya Federasiyasına müharibə elanı! Və bu halda bizim bütün sursatımız Bundestaqa kanslerin ofisinə və sairə uçacaq”, - Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, həbsi elan edən Almaniyanın ədliyyə naziri bunu başa düşməlidir. Hazırda dünyada Roma Statutunun üzvü olan və BCM-nin qərarlarını tanıyan 123 dövlət var. Onların arasında Rusiyanın müttəfiqləri də yer alıb. Məsələn, Venesuela. Lakin həbs qərarını dövlət özü verir, BCM orqanları buna təsir edə bilməz.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm