Reznikov rusiyalıların yeni silaha reaksiyasından danışdı
Bizi izləyin

MDB

Reznikov rusiyalıların yeni silaha reaksiyasından danışdı

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalıların Ukraynaya qarşı müharibədə “çox yaxşı öyrəndiklərini” bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, jurnalist Dmitro Komarova müsahibəsində danışıb.

“Onlar (rusiyalılar – red.) çox yaxşı öyrənirlər... Biz yayda onları (“HIMARS”ları – red.) gətirəndə – bu artıq 80 km mənzil deməkdir – vəziyyət dəyişmişdi, çünki biz onların komanda məntəqələri, idarəetmə məntəqələrini yox etməyə başladıq. Lakin indi onlar bütün öz komanda məntəqələrini, bütün öz anbarlarını, bütün öz logistik məsələlərini 120 km-dən uzağa yerləşdiriblər ki, bizim üçün HIMARS-la əlçatan olmasın. Bu səbəbdən tərəfdaşlarımızı əmin edirik ki, mənzili heç olmasa 150 km olan növbəti silah tranşına ehtiyacımız var. Biz 300 də istəyirik, ancaq tərəfdaşlarımız tərəddüddə ikən – təəssüf ki, onlar hər dəfə bizə silah verəndə hələ də düşünməyə davam edirlər – bu, eskalasiyanın səviyyəsini artıra bilər”, - o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm