MDB
Rusiyada neft emalı zavoduna PUA HÜCUMU: güclü yanğın baş verdi

Rusiyanın Krasnodar diyarında Afipski neft emalı zavodunda (NEZ) PUA-nın vurulması nəticəsində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Veniamin Kondratiyev "Telegram" kanalında məlumat verib .
"Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib. Mazutu distillə edən qurğulardan biri yanır. İlkin səbəb PUA-nın əraziyə daxil olmasıdır", - Kondratyev deyib.
O əlavə edib ki, hadisə yerində müəssisənin yanğınsöndürmə briqadaları işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 100 kvadratmetr sahədə yanğını lokallaşdırıblar.
İtkilərin olmadığını deyən qubernator, vəziyyəti şəxsi nəzarətində saxladığını qeyd edib. Daha sonra vilayət rəhbəri "Afipski" neft emalı zavodunda baş verən yanğının tam aradan qaldırıldığına elan edib.
Bundan əvvəl Krasnodarın mayın 26-na keçən gecə PUA-ların hücumuna məruz qaldığı bildirilirdi. Hava hücumundan müdafiə sistemi şəhərin üzərində işləyib, lakin ən azı bir PUA Morskaya küçəsindəki ofis binasına çırpılaraq partlayıb. Daha sonra şəbəkədə pilotsuz təyyarənin uçuşunun videosu peyda olub.
Hüseyn İbadlı

-
Qarabağ 11:50
Qarabağda mülki obyektlərdə silah-sursat aşkarlandı - Video
-
Qarabağ 10:58
Xankəndidə partlayışda ölənlərin sayı açıqlandı
-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO