MDB
“Kadırovçular” Priqojini hədələdilər: Rusiyada hakimiyyət uğrunda savaş qızışır

Çeçenistanda nüfuz və təsir gücü baxımından 2-ci və 3-cü adamlar sayılan Adam Delimxanov və Maqomed Daudov "Vaqner"in rəhbəri Yevgeni Priqojini açıq hədələməyə başlayıblar.
Münaqişə, jurnalistin çeçenistanlı döyüşçülərin mövqeləri haqqında suala Priqojinin cavabından sonra başladı. Priqojin deyib ki, çeçenistanlıların hansı işlə məşğul olduğu bəlli deyil və bu sözlər Çeçenistanın "söz sahibləri"ndə ciddi qıcıq yaratdı.
Ramzan Kadırovun ən yaxın adamları - Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov və Çeçenistan Parlamentinin rəhbəri "lord" ləqəbli Maqomed Daudov buna dərhal reaksiya verdilər.
Adam Delimxanov deyib: “Əgər sənə nəsə aydın deyilsə, istənilən vaxt bizimlə əlaqə saxlaya, görüş üçün vaxtı və yeri təyin edə bilərsən. Başa düşmədiyin sənə izah edəcəyik. Sən artıq blogger olub bütün dünyaya qışqırırsan ki, bizdə ancaq problemlər var. Yeri de: harada, nə vaxt - görüşərik. İstənilən məsələni səninlə üzbəüz həll edəcəyik. Artıq bəsdir, xalq və cəmiyyətimiz onsuz da bir çox məsələləri başa düşmür”.
Maqomed Daudov isə bildirib: “Bizim döyüşçülərin də problemləri var idi, amma bu o demək deyil ki, döyüşçü bu barədə qışqırmalıdır. Sən açıqlamalarında kiminsə güllələnməsinə işarə edirsən. İkinci Dünya Müharibəsində belə sözlərə görə dərhal divara söykəyərdilər adamı. Belə davam etsən, nəticə heç də yaxşı olmayacaq. Məkanını de və istədiyin vaxt, istədiyin yerdə kişi kimi görüşüb müzakirə edəcəyik hər şeyi”.
Daudov, Priqojinə kimin hesabına “Vaqner”ə sahiblənməsini unutmamağa məsləhət görüb. Ad çəkməsə də, Daudov birmənalı olaraq Putini nəzərdə tutur və biz görürük ki, Çeçenistanın siyasi elitası daxili qarşıdurmaya qarışmağa başlayıb.
Bir neçə məqama fikir verməliyik. Priqojini hədəfə almaq əmrini ancaq bir nəfər verə bilər – Putin. Görünən odur ki, Putin Priqojini artan siyasi nüfuzuna və gündə-günə daha açıq və daha aydın görünən siyasi iddialarına göz yuma bilmir.
Delimxanov və Daudovun bəyanatlarında bəzi tezisləri görürük, məhz bu məsələlər şəxsən Putini narahat edir: Priqojinin media fəallığı, nəzarətdən çıxması, şəxsi nüfuzun artması. Putin potensial rəqibin ortaya çıxmasından çox narahatdır.
Priqojinə hücum üçün məhz Delimxanov və Daudovdan istifadə olunması ciddi siqnaldır. Delimxanov və Daudov Rusiyada “cəllad” reputasiyasına malikdirlər və Priqojinə siqnal verilir: ya geri çəkiləcəksən, ya da öldürüləcəksən.
Kamran Cəfərov

-
Qarabağ 11:50
Qarabağda mülki obyektlərdə silah-sursat aşkarlandı - Video
-
Qarabağ 10:58
Xankəndidə partlayışda ölənlərin sayı açıqlandı
-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO