MDB
Belarusda elektron döyüş bölməsi yaradıldı

Belarusda elektron döyüş bölməsi yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə yerli STV telekanalı Respublika Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb.
"Biz bu yaxınlarda elektron döyüş bölməsi, elektron müharibə xidməti yaratdıq", - Belarus Silahlı Qüvvələri Baş Qərargahının elektron müharibə şöbəsinin rəisi İqor Danilçik bildirib.
Onun sözlərinə görə, yeni texnika xüsusi əməliyyat qüvvələrinə təhvil veriləcək. Ona pilotsuz uçuş aparatlarına qarşı mübarizə, rabitənin innovativ növləri, o cümlədən elektron mühafizənin təmin edilməsi, həmçinin xüsusi təyinatlı qüvvələrin obyektlərində kompleks texniki nəzarət tədbirlərinin həyata keçirilməsi kimi vəzifələr həvalə edilib.
İdarədən bildiriblər ki, texnika öz taktiki-texniki xüsusiyyətlərinə görə bir sıra göstəricilərə görə xarici analoqlarını üstələyir.
Xatırladaq ki, Belarus Müdafiə Nazirliyi bundan öncə ölkənin qərb sərhədində taktiki raket sistemlərinin və MLRS-nin yerləşdirildiyini bildirmişdi.
Hüseyn İbadlı

-
Dünya05:45
Aqressiv boz ayı iki trusti öldürdü
-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO