MDB
Ukrayna ordusu İRƏLİLƏDİ

Ukrayna hərbçiləri Svatovsk rayonu (Luqansk vilayəti) istiqamətində Rusiya silahlı birləşmələrinə qarşı uğurla əks hücuma keçərək 400 metrədək irəliləməyə nail olub.
Publika.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.
Komandan cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.
Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət “Ştorm Z” hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.
General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.
Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

-
Maraq dünyası19:51
Mask türkcə bilən işçi axtarır - Maaşı...
-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH