MDB
“Mister Sidr”ə görə Rusiyada azərbaycanlı iş adamı saxlanıldı

Ulyanovsk məhkəməsi samaralı iş adamı Anar Hüseynovun həbsi ilə bağlı qərar çıxarıb. O, Volqaboyu rayonlar sakinlərinin “Mister Sidr” spirtli içkisindən zəhərlənərək ölməsi işi üzrə ittiham olunaraq iki ay müddətinə həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə yerli “73 Online” nəşri məlumat yayıb.
“Tədarükü həyata keçirən “Andi” şirkətinin təsisçisi, 32 yaşlı Hüseynov təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə ittiham olunur. Sahibkar özünü təqsirli bilməyib” – məlumatda deyilir.
Onun vəkili Vüsal Şeydayev bildirib ki, Hüseynov həbs olunana qədər istintaqla əməkdaşlıq edib.
“Hazırda müdafiə tərəfi daim əməliyyatçılarla qarşılıqlı əlaqədədir, onu da aydınlaşdırmaq istədim ki, Samara vilayətinə tərkibində spirt olan məhsullar tədarük edən şəxs, məhz Hüseynovun sayəsində saxlanılıb. Bu məhsulların tərkibində metanol olduğuna dair güclü şübhələr var”, - deyə vəkil bildirib.
Qeyd edək ki, “Mister Sidr” içkisindən 30 nəfər ölüb. Onlarla insan ciddi şəkildə zəhərlənib. Daxili İşlər Nazirliyinin mütəxəssisləri içkinin tərkibində sağlamlığa təhlükə yaradan nisbətdə metanol və etilbutirat müəyyən ediblər.

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar