Rusiya nefti KƏSKİN UCUZLAŞDI
Bizi izləyin

MDB

Rusiya nefti KƏSKİN UCUZLAŞDI

Rusiyanın "Ural" markalı xam neftinin qiyməti qlobal neft qiymətlərinin düşməsi fonunda iyul ayından bu yana ilk dəfə olaraq G7 tavanının 60 dollardan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Rusiyanın da daxil olduğu OPEC+-un 2024-cü ilin birinci rübündə hasilatı azaltmaq qərarına baxmayaraq, "Ural" neftinin dəyəri istinad qiymətlərinə nisbətən endirim səbəbindən azalmağa davam edir.

Bu arada Qərb ölkələri Dubayda səkkiz tanker və bir neft treyderinə məhdudiyyətlər tətbiq edərək, sanksiyaların tətbiqini gücləndirib. İyul ayından bu yana Rusiya neftinin bütün əsas tədarükləri ABŞ və G7-nin Rusiya neft gəlirlərini məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, 60 dollardan yuxarı alınıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm