MDB
Medvedev HƏDƏLƏDİ: "O rəhbərləri doğrayın"

"Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktında onların əli olduğu təsdiqlənərsə, Ukrayna rəhbərliyi aradan götürülməlidir".
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, hətta "Azov" təmsilçiləri, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya Ukrayna Prezidenti Vladimir Zelenskinin terror aktının arxasında olduğuna dair kifayət qədər sübutlar əldə edilsə belə, Beynəlxalq Cinayət Məhkəməsində və ya digər oxşar orqanlarda mühakimə olunmayacaqlar.
Medvedevin sözlərinə görə, BMT-də belə bir həll yolu ilə irəliləmək real deyil. Onun fikrincə, bu, rusofob konsensus və dünya təşkilatının Təhlükəsizlik Şurasında anqlosaksların veto hüququna görə mümkün deyil.
“Nə etməli? Bəli, SSRİ MQB-nin müharibədən sonra mərdliklə etdiyi kimi, Bandera donuzlarını doğrayın. Ukrayna liderlərinin Yevgeni Konovalets və Stepan Bandera kimi “düzgün fürsətdə ləğv edilməsi” lazımdır. Bu, Kiyevdə və ya başqa uyğun yerdə edilə bilər", - Medvedev yazıb.
Hüseyn İbadlı

-
Yaxın Şərq15:16
İran televiziyası Xameneinin köhnə müraciətini yaydı - Nə baş verir?
-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı