MDB
Tokayev bu hadisəni "son 80 ilin ən dəhşətli fəlakəti" ADLANDIRDI
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada baş verən daşqınları “son 80 ilin ən dəhşətli fəlakəti” sözləri ilə xarakterizə edib.
Publika.az xəbər verir ki, dövlət başçısının müraciəti onun rəsmi saytında dərc olunub .
Tokayev qeyd edib ki, qarın güclü əriməsindən sonra yaz daşqınları nəticəsində təbii fəlakət baş verib. Nəticədə ölkənin on rayonunda fövqəladə vəziyyət elan edilib.
"Bəlkə də bu, miqyası və nəticələri baxımından son 80 il ərzində baş vermiş ən böyük fəlakətdir", - deyə siyasətçi bildirib.
O, həmçinin problemin həllinə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Qvardiya, Silahlı Qüvvələr və Milli Təhlükəsizlik Komitəsinin cəlb olunduğunu diqqətə çatdırıb.
“Biz bu kütləvi daşqınlardan bütün dərsləri almalıyıq. Təbii fəlakətlərin qarşısının alınması ilə bağlı təşkilati tədbirlərdəki nöqsanlardan, su işçilərinin çatışmazlığından tutmuş, təbiətə hörmətsiz münasibətimizə qədər belələri çoxdur", - o qeyd edib.
Hüseyn İbadlı
-
MDB16:40
Putin ad gününü necə keçirəcək?
-
Nida Xəbər 15:21
Mais Bərxudarov vəzifəsindən azad edildi
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ