MDB
Rusiyanın daha bir şəhərində Qələbə günü ilə bağlı parad ləğv edildi

Mayın 9-da keçiriləcək atəşfəşanlıq və parad Saratov vilayətində baş tutmayacaq.
Publika.az xəbər verir ki, müvafiq qərar Qələbə gününün qeyd edilməsinə həsr olunmuş təşkilat komitəsinin iclasında yerli hakimiyyət orqanları tərəfindən qəbul edilib.
Qubernator Roman Busarqin özünün Telegram kanalında Veteranlar Şurasının nümayəndələrinin qoşunların təntənəli paradını və atəşfəşanlığı ləğv etmək təklifi ilə çıxış etdiyini yazıb. “Düşünürəm ki, bu, təhlükəsizlik baxımından da düzgündür”, - deyə region rəhbəri bildirib.
O əlavə edib ki, buna baxmayaraq, hakimiyyət Saratov vilayətində yaşayan Böyük Vətən Müharibəsi veteranlarını təbrik edəcək.
Bundan əvvəl Krım, Kursk, Belqorod, Bryansk, Pskov, Ryazan vilayətlərində paradların və atəşfəşanlığın ləğv olunduğu məlum olub.
Tural

-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu