Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
Bizi izləyin

MDB

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovla görüşüb.

Publika.az xəbər verir ki, qubernator prezidentlə görüşdə qubernatorluğa seçkilərdə iştirak etmək qərarına gəldiyini bildirib.

Görüşdən sonra Beqlov bildirib ki, Putin onun qarşıdan gələn şəhər rəhbəri seçkilərində iştirakını dəstəkləyib.

Qeyd edək ki, Beqlov 2019-cu ildən etibarən Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edir. O, 1956-cı ildə Bakıda dünyaya gəlib.

Xatırladaq ki, Peterburqun Beqlovdan əvvəlki qubernatoru Georgi Poltavçenko da Bakıda doğulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm