Rusiya-Qərb danışıqları mümkündür – Putin şərtini açıqladı
Bizi izləyin

MDB

Rusiya-Qərb danışıqları mümkündür – Putin şərtini açıqladı

Rusiya Qərb dövlətləri ilə təhlükəsizlik və strateji sabitlik üzrə dialoqdan imtina etmir, lakin bu, güc mövqeyindən həyata keçirilməməlidir.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimində çıxışı zamanı deyib. “Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və açıq olacağıq. Təhlükəsizlik və strateji sabitlik məsələləri ilə bağlı söhbət mümkündür, lakin güclü mövqedən deyil”, - Putin bildirib.

O, vurğulayıb ki, seçim Qərbin ixtiyarındadır: Rusiya Federasiyasının inkişafını daha da məhdudlaşdırmaq, işğalçılıq siyasətini davam etdirmək və ya əməkdaşlıq və sülh yolu axtarmaq.

Qeyd edək ki, mayın 7-də Putin martda keçirilən seçkilərdə qələbə qazandıqdan sonra rəsmi olaraq dövlət başçısı vəzifəsinə başlayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm