Bu ölkə Rusiya ilə birgə təlimlər keçirəcək
Bizi izləyin

MDB

Bu ölkə Rusiya ilə birgə təlimlər keçirəcək

Belarus Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Qoşunların birgə taktiki-uçuş təlimi keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər vahid regional hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi çərçivəsində keçiriləcək.

Onlara hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin komandanlığı rəhbərlik edəcək.

Təlimlərə aviasiya hərbi hissələri, Belarus Silahlı Qüvvələrinin zenit-raket və radiotexniki qoşunlarının bölmələri, habelə Rusiya Aerokosmik Qüvvələrinin (VKS) kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub.

Təlimlərin mayın 27-dən 31-dək keçiriləcəyi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm