Putin Ukraynadakı xarici hərbçiləri HƏDƏLƏDİ
Bizi izləyin

MDB

Putin Ukraynadakı xarici hərbçiləri HƏDƏLƏDİ

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xarici ölkələrə aid olması ehtimal edilən hərbi kontingentə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, o, Özbəkistana səfərindən sonra mətbuata münasibət bildirərkən bu mövzuya toxunub.

"Əgər onlar (xarici hərbçilər) oradadırlarsa, o zaman onlar da bizim silahlı qüvvələrimizin məhv zonasında olacaqlar", - Rusiya lideri deyib.

Daha əvvəl Putin bildirib ki, Moskva Ukraynadakı münaqişədə Qərb ölkələrindən olan muzdluların iştirakından xəbərdardır:

“Biz onu da bilirik ki, onlar hərbi təlimatçı adı altında oradadırlar. Biz arxa donda ingilis, fransız və polyak dillərini eşidirik. Biz bilirik ki, onlar oradadırlar”.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm