MDB
Putin göstəriş verdi: bu ölkənin Rusiyadakı əmlakları ələ keçiriləcək
![](https://publika.az/storage/2024/05/23/owl_detail_620_f04718331fec2d81eebcc49b88386fd3.jpg?v1719294516)
Putin Rusiyada Amerika mülkiyyətindən istifadəyə icazə verdi.
Publika.az TASS-a istinadən xəbər veri ki, sanksiyalardan dəyən zərərin ödənilməsi üçün ABŞ-dan olan şəxslərin aktivlərinə həbs qoyulması imkanı təsdiqlənib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiya və Mərkəzi Banka dəymiş zərərin ödənilməsinin xüsusi proseduru haqqında fərman imzalayıb. Qiymətli kağızlar da daxil olmaqla, ABŞ vətəndaşlarına məxsus olan və kompensasiya üçün istifadə edilə bilən əmlak hökumət komissiyası tərəfindən müəyyən ediləcək.
Bundan sonra rusiyalı aktiv sahibləri ABŞ-da “əsassız olaraq mülkiyyət hüquqlarından məhrumetmə” faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə biləcəklər. Öz növbəsində, məhkəmə ölkədəki Amerika əmlakının siyahısını tələb edəcək və "mütənasiblik prinsipini nəzərə alaraq" ixtisaslaşmış komissiya zərərin ödənilməsi üçün ələ keçirilə bilən aktivləri müəyyənləşdirəcək.
Adəm Abbaslı
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Dünya09:30
Bu, o ölkələr üçün xəbərdarlıqdır - Moskva mesaj verdi
-
Hadisə09:00
Lənkəranda dəhşətli hadisə: 90 yaşlı qadın yanaraq öldü
-
Nəqliyyat08:34
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Avropa08:10
Culian Assanj azadlığa çıxdı, Britaniyanı tərk etdi
-
Sağlamlıq02:19
Zəhərlənmə halları artdı – Mütəxəssislər nə məsləhət görürlər?
-
Dünya02:00
Baş nazirin kortejini müşayiət edən polis qəza nəticəsində öldü
-
Qoroskop00:10
Günün qoroskopu: ulduzlar bol sürprizlər vəd edir
-
İdman24 İyun 23:30
Ronaldo ilə şəkil çəkdirən uşağın atası DANIŞDI: "Mənə tualetə gedirəm dedi, sonra..."