Moskvadan Estoniya prezidentinin "diz çökdürmək" sözünə cavab: Qoy göstərsin!
Bizi izləyin

MDB

Moskvadan Estoniya prezidentinin "diz çökdürmək" sözünə cavab: Qoy göstərsin!

Rusiya Xarici İşlər Nazirliyi “Rusiyanı diz çökdürmək” istəyən Estoniya prezidenti Alar Karisə cavab verib.

Publika.az xəbər verir ki, prezidentin bəyanatlarını Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərh edib.

"Necədir? Qoy göstərsin”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, Estoniya prezidenti Finlandiyanın YLE nəşrinə müsahibəsində “Rusiyanı diz çökdürmək” arzusunu ifadə edib. Karis buna nail olmaq üçün “gücünü əlindən gələni edəcəyinə” söz verib. Eyni zamanda, respublika rəhbəri Tallinin Ukraynaya hərbi kontingent göndərə biləcəyi ilə bağlı cavab verməkdən yayınıb və qeyd edib ki, bu, “onun qərarı deyil”.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin Rusiyanı “diz çökməyə” məcbur etmək vasitəsi kimi “sülh formulu”nu dəstəkləmək üçün isterik tələbləri barədə məlumat vermişdi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm