Zelenskini geyindirən stilist öldü: Müharibəyə getmişdi
Bizi izləyin

MDB

Zelenskini geyindirən stilist öldü: Müharibəyə getmişdi

Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş stilisti, ölkənin silahlı qüvvələrində (AFU) döyüşmüş Aleksandra Ryazantseva ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Public” nəşri məlumat yayıb.

Onun ölüm səbəbi ürək çatışmazlığı olub. Ukrayna Silahlı Qüvvələrinin 78-ci hava hücumu alayının nümayəndələrinin sözlərinə görə, qadın başqa bölməyə köçürülməzdən bir gün əvvəl Jitomir xəstəxanasında dünyasını dəyişib. Ryazantsevanın ölümünü bacısı da təsdiqləyib.

Müharibə başlamazdan əvvəl Ryazantseva Ukrayna televiziya kanallarında stilist və kostyum dizayneri, o cümlədən "Kvartal 95" studiyasının aktyorlarını və Vladimir Zelenskini geyindirib. 2022-ci ilin fevral ayında o, Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm