Paşinyanın KTMT-dən çıxmaq qərarına Moskvadan REAKSİYA
Bizi izləyin

MDB

Paşinyanın KTMT-dən çıxmaq qərarına Moskvadan REAKSİYA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi açıqlamasını gözləmək lazımdır.

Publika.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bildirib.

“Bu cür bəyanatlar təbii ki, diqqəti cəlb edir, lakin bəzən parlamentdə emosional mübahisənin qızğın vaxtında verilir. Ona görə də biz Ermənistanın KTMT çərçivəsində tərəfdaşı olaraq yəqin ki, baş nazirin rəsmi açıqlamasını gözləməliyik. Əks halda bunların hamısı havada asılıb qeyri-müəyyənlik yaradacaq ki, bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü kimi Ermənistan üçün çox təəssüf doğurur”, - deyə Karasin qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm