Belarusdan Paşinyanın ittihamlarına reaksiya: İrəvanın xarici siyasət kursu...
Bizi izləyin

MDB

Belarusdan Paşinyanın ittihamlarına reaksiya: İrəvanın xarici siyasət kursu...

Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın Belarusla bağlı “impulsiv bəyanatlarını” sakitliklə qiymətləndirir.

Publika.az xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski məlumat verib.

Bu gün parlamentdə çıxış edən Paşinyan bildirib ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə o və ölkənin digər rəsmiləri Belarusa səfər etməyəcək. Bu, Belarus prezidentinin üç həftə əvvəl Qarabağ müharibəsi ilə bağlı verdiyi açıqlamalarla bağlıdır. Üstəlik, Ermənistanın Xarici İşlər Nazirliyi bu gün Belarusdakı səfirini məsləhətləşmələr üçün İrəvana çağırıb.

Şpakovski vurğulayıb ki, Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasət kursuna qarışmır.

“Odur ki, biz də tərəfdaşlarımızdan və müttəfiqlərimizdən oxşar yanaşma gözləyirik. Bu səbəbdən də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik”, - deyə müşavir qeyd edib.

Diplomat onu da bildirib ki, tərəfdaş, müttəfiq seçimi rəsmi Minskin suveren hüququdur və bu halda “ya-ya da” yanaşması qəbuledilməzdir.

“Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da qarşılıqlı əlaqədə olacağıq”, - deyə Şpakovski əlavə edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm