KTMT-dən Ermənistanın təşkilata üzvlüyü ilə bağlı AÇIQLAMA
Bizi izləyin

MDB

KTMT-dən Ermənistanın təşkilata üzvlüyü ilə bağlı AÇIQLAMA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edir.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə qurumun katibliyindən bildirilib.

Baş nazir Nikol Paşinyanın bəyanatları ilə əlaqədar olaraq təşkilat Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu

açıqlayıb.

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müvafiq şərhinə diqqət edək: “Paşinyan KTMT-dən çıxdığımızı deməyib, nə

vaxt çıxacağımıza qərar verəcəyimizi söyləyib”.

“Bu baxımdan, Ermənistanın KTMT tədbirlərində iştirakının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, ölkə təşkilatın

tamhüquqlu üzvü olaraq qalır”, - deyə katiblikdən qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm