Lavrov: Rusiya heç kimin arxasınca qaçmayacaq
Bizi izləyin

MDB

Lavrov: Rusiya heç kimin arxasınca qaçmayacaq

Rusiya Ukraynadakı vəziyyətin tənzimlənməsinə dair təklifdən sonra heç bir ölkənin arxasınca qaçmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Moskva Rusiya tərəfinin təklifinə cavab reaksiyalarını gözləyəcək.

"Xarici İşlər Nazirliyinin roluna gəlincə, biz heç kimin arxasınca qaçmaq fikrində deyilik. Səfirlərimiz müvafiq paytaxtlarda prezident Vladimir Putinin çıxışının mətnini ətraflı şəkildə çatdıracaq, əlavə olaraq nəyin nəzərdə tutulduğunu, bütün bu vəziyyətin fonunu izah edəcəklər və bundan sonra reaksiyaları gözləyəcəyik", - Lavrov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm