Əsgərin bədənindən partlamamış hərbi sursat çıxarıldı
Bizi izləyin

MDB

Əsgərin bədənindən partlamamış hərbi sursat çıxarıldı

"Qərb" qoşun qrupunun rus hərbi həkimləri yaralı hərbçinin bədənindən partlamamış hərbi sursat çıxarıblar.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə qrupun evakuasiyasının son mərhələsini icra edən aparıcı cərrah məlumat verib.

O, mərminin döyüşçünün budundan çıxarıldığını açıqlayıb. Əməliyyatı həyata keçirmək üçün həkimlər özlərini qorumaq məqsədi ilə zireh və dəbilqə taxıblar.

Agentliyin həmsöhbəti əlavə edib ki, manipulyasiyalar zamanı həkimlər kütləvi qanaxmanın qarşısını almaq üçün bud arteriyasını təcrid ediblər, bundan sonra mərmini yavaş-yavaş çıxarıblar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm