Rusiya nüvə sualtı qayıqlarını İŞƏ SALDI: "Hədəflər qanadlı raketlərlə dəqiq vuruldu"
Bizi izləyin

MDB

Rusiya nüvə sualtı qayıqlarını İŞƏ SALDI: "Hədəflər qanadlı raketlərlə dəqiq vuruldu"

Rusiya Şimal Donanması qüvvələrinin döyüş hazırlığı çərçivəsində “Project 885”in “Severodvinsk” və “Orel” 949A layihəsinin nüvə sualtı raket kreyserləri Barents dənizində dəniz hədəfinə praktiki raket atışları həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hədəf saxta düşmənin desant gəmilərinin saxta dəstəsi olub.

""Düşmən" gəmiləri təxminən 170 kilometr məsafədən “Kalibr” və “Qranit” qanadlı raketlərinin dəqiq zərbələri ilə uğurla vuruldu", - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, təlim zamanı atəş zonası mülki gəmiçilik və aviasiya uçuşları üçün bağlanıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm