Dron hücumu: FHN-in iki əməkdaşı yaralandı
Bizi izləyin

MDB

Dron hücumu: FHN-in iki əməkdaşı yaralandı

Rusiya Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı dron hücumu nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda hadisənin gecə saatlarında Krasnodar vilayətində baş verdiyi deyilir.

Bildirilir ki, artıq nazirliyin əməkdaşlarına tibbi yardım göstərilib və hazırda ambulator müalicə alırlar:

“Krasnodar vilayətinə kütləvi hücum zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı vəzifəsini yerinə yetirərkən yaralanıb”.

O da qeyd olunur ki, iyunun 21-nə keçən gecə Krasnodar vilayətinin bir neçə bələdiyyəsi, o cümlədən Temryuk rayonu, Yeysk və Severski rayonları dronların kütləvi hücumuna məruz qalıb. Regional əməliyyat qərargahı pilotsuz təyyarələrin hücumları nəticəsində 4 nəfərin yaralandığını bildirib.

“İyunun 21-nə keçən gecə bölgəyə PUA-ların kütləvi hücumu nəticəsində Krasnodarda yerləşən “Yujnı” avtovağzalının binasına və qazanxanaya ziyan dəyib”, - məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm