Ukrayna hakimiyyəti tamamilə ABŞ-dan asılıdır - Sabiq baş nazir
Bizi izləyin

MDB

Ukrayna hakimiyyəti tamamilə ABŞ-dan asılıdır - Sabiq baş nazir

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, ölkənin hazırkı prezidenti Vladimir Zelenski zəif siyasi fiqurdur. O , bu barədə “Arquments and Facts”a müsahibəsində danışıb.

Publika.az xəbər verir ki, Azarovun sözlərinə görə, hazırda Ukrayna hakimiyyəti tamamilə ABŞ-dan asılıdır.

"Zelenskinin prezidentliyinin altıncı ili tamam olur, bəs bu müddət ərzində iqtisadiyyatda hansı ciddi dəyişikliklər edilib, hansı islahatlar aparılıb?"

Eks naş nazir deyib ki, prezident aparatının rəhbəri Andrey Yermaka siyasi çəki qazanmağa imkan verən Ukrayna liderinin zəifliyidir . Eyni zamanda, Azarov “müəyyənedici amil ABŞ siyasəti olduğu halda, Zelenskini Yermak və digər rəsmilərin rolunu çox da qiymətləndirməməyə” çağırıb.

Müsahibəsində Azarov Ukraynada müxalifətin olmadığını açıqlayıb. Keçmiş baş nazirin sözlərinə görə, Ukraynada Zelenskiyə qarşı çıxmaq istəyənlər var, amma özlərini göstərmirlər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm