Rusiya bu istiqamətdə cəbhə xəttini yardı: Ukrayna əhalini təxliyə edir
Bizi izləyin

MDB

Rusiya bu istiqamətdə cəbhə xəttini yardı: Ukrayna əhalini təxliyə edir

Ukrayna Donetsk vilayətinin Toretsk şəhərində rus qoşunlarının cəbhə xəttini yarması ilə əlaqədar əhalinin məcburi təxliyəsini həyata keçirir.

Publika.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Vadim Filaşkin məlumat verib.

“Toretsk şəhərindən təxliyə məcburi şəkildə davam edəcək, çünki düşmən şəhərə çox yaxındır”, - rəsmi bildirib.

Filaşkinin sözlərinə görə, Toretsk sakinləri (2016-cı ilə qədər Dzerjinsk adlanırdı) şəhəri fəal şəkildə tərk edirlər. Son iki gündə qalan 6 min şəhər əhalisindən 500 nəfəri də təxliyə olunub. Donetsk OVA-nın rəhbəri cəbhə xəttinə yaxın olan digər yaşayış məntəqələrindən də məcburi təxliyə tədbirlərinə işarə edib.

Ali Radanın deputatı Maryana Bezuqlaya etiraf edib ki, rus qoşunları Toretsk bölgəsində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıb. Beləliklə, Ukrayna ordusu 2014-cü ildən tutduğu mövqeləri itirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm