"Crocus City Hall"un taleyi bəlli oldu
Bizi izləyin

MDB

"Crocus City Hall"un taleyi bəlli oldu

Yanmış "Crocus City Hall" bərpa edilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

“Artıq orada konsert zalı olmayacaq”, - deyə planları şərh edən qubernator qeyd edib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında terror aktı baş verib.

Terrorçular konsertə gələn insanlara avtomat silahlardan atəş açıb və tamaşa zalını yandırıblar. Terror aktı nəticəsində 145 nəfər həlak olub, konsert zalı tamamilə yanıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm