Prezident bu qanunlara dəyişiklik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident bu qanunlara dəyişiklik etdi

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, İSF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 238 milyon manat saxlanılıb, amma Fondun gəlirlərinin strukturu dəyişib.

Belə ki, işsizlikdən sığorta haqları ilə bağlı proqnoz 180 milyon manatdan 184,7 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan isşizlikdən sığorta daxilolmaları ilə bağlı proqnoz 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılıb, əvəzində Fondun istifadə olunmamış vəsaiti ilə bağlı proqnoz 57,95 milyon manatdan 53,25 milyon manata endirilib.

xxx

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsində dəyişiklik edilməsi qanunu təsdiqləyib.

Publika.az xəbər verir ki, DSMF-nin büdcə gəlirləri və xərcləri ilə bağlı proqnoz 6 919,9 milyon manatdan 6 949,9 milyon manata çatdırılıb.

Gəlirlərdəki artımı məcburi dövlət sosial sığorta haqları ilə bağlı proqnozun 5 288,1 milyon manatdan 5 478,1 milyon manata, o cümlədən qeyri-büdcə sektorundan sosial sığorta daxilolmaları ilə bağlı proqnozun 3 387,1 milyon manatdan 3 577,1 milyon manata çatdırılması, əvəzində isə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1 392 milyon manatdan 1 232 milyon manata endirilməsi təmin edəcək.

Xərclərdəki artım isə əhaliyə ödənişlər üzrə xərclərin 6 681,6 milyon manatdan 6 706,6 milyon manata, o cümlədən əmək pensiyasının ödənilməsi xərclərinin 6 500 milyon manatdan 6 525 milyon manata, eləcə də Fondun aparatının və struktur bölmələrinin saxlanılması xərclərinin 130,1 milyon manatdan 135,1 milyon manata çatdırılması hesabına olacaq.

xxx

Prezident İlham Əliyev "2024-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Publika.az xəbər verir ki, büdcə gəlirləri 36 388 000 min manat, büdcə xərcləri 39 742 300 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 35 612 753 min manat, yerli gəlirləri 775 247 min manat, mərkəzləşdirilmiş xərcləri 38 957 497 min manat, yerli xərcləri 784 803 min manat) təsdiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm