Fransa Belçikanı məğlub edərək 1/4 finala çıxdı
Bizi izləyin

İdman

Fransa Belçikanı məğlub edərək 1/4 finala çıxdı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Publika.az xəbər verir ki, Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm