Aİ-nin Rusiya sanksiyaları Belarusa da şamil olunur - BU GÜNDƏN
Bizi izləyin

MDB

Aİ-nin Rusiya sanksiyaları Belarusa da şamil olunur - BU GÜNDƏN

Avropa İttifaqı (Aİ) Şurası bu gün Belarusa qarşı yeni sanksiyalar paketini təqdim edib. Beləliklə, Aİ Şurasının bəyanatında deyilir ki, Rusiya Federasiyası ilə bağlı əvvəllər tətbiq edilmiş bir sıra məhdudiyyətlər Belarusa da şamil edilib. Şura bu gün Belarus iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirlər qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

"Bu kompleks tədbirlər Rusiyaya qarşı artıq qüvvədə olan bir sıra məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsinə yönəlib", - deyə bəyanatda qeyd edilib.

Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar, xüsusən də Belarusdan Avropaya qızıl, almaz, helium, kömür və mineral məhsullar, xam neftin tədarükünü qadağan edir. Eyni zamanda, Avropa İttifaqı ikili təyinatlı mal və texnologiyaların Belarus ərazisindən tranzitinə qadağa qoyub.

Həmçinin, yeni Avropa sanksiyalar paketi Belarusda qeydiyyatdan keçmiş yüklərin avtomobil nəqliyyatı ilə (o cümlədən qoşqu və yarımqoşqu) daşınmasını məhdudlaşdırır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm