Türkiyənin konsert ÇEMPİONU: 12 milyon avro pulu var
Bizi izləyin

MDB

Türkiyənin konsert ÇEMPİONU: 12 milyon avro pulu var

ABŞ-də fəaliyyət göstərən dünyaca məşhur "Forbes" biznes jurnalı Türkiyənin konsert çempionunu adını açıqlayıb.

Publika.az xəbər verir kiİlk onluğu elan edən jurnalın nəticələrinə görə, bu, meqastar Tarkan olub. O, 12 milyon avro gəlirlə birinci sırada yer alıb.

Tarkandan sonra altı milyon avro gəlirlə Cem Adrian ikinci yerdə qərarlaşıb.

Siyahıda üçüncü yerdə son vaxtlar gündəmdən düşməyən Serdar Ortaç yer alıb və onun gəliri beş milyon avro təşkil edib.

Dördüncü yerdə 5,2 milyon avro gəlirlə Edis, beşinci yerdə 4,5 milyon avro ilə Sıla, altıncı yerdə 4,3 milyon avro ilə Yıldız Tilbe, yeddinci yerdə dörd milyon avro ilə "Tüstü", səkkizinci yerdə 3,6 milyon avro ilə Gülşen, doqquzuncu yerdə 3,4 milyon avro ilə Gökhan Türkmen, 10-cu yerdə 3,1 milyon avro ilə Mahmut Orhan qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm