Zelenskayanın “Xoşbəxtlik dərsləri” ukraynalıları qəzəbləndirdi
Bizi izləyin

MDB

Zelenskayanın “Xoşbəxtlik dərsləri” ukraynalıları qəzəbləndirdi

Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın sosial şəbəkələrdə məktəblilər üçün “Xoşbəxtlik dərsləri” kursunun başlandığını elan etməsi ukraynalıları sözün əsl mənasında qəzəbləndirib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Zelenskaya qeyd edib ki, “Xoşbəxtlik dərsləri” kursu ABŞ-ın emosional öyrənmə proqramının uyğunlaşdırılmasıdır. Onun sözlərinə görə, bu “dərslər” Ukraynanın psixi sağlamlıq proqramının bir hissəsi kimi məktəblərdə keçiriləcək. O da bildirilir ki, bu proqrama Zelenskaya nəzarət edir.

“Xoşbəxtlik dərsləri”nin başlaması ilə bağlı mesaj “Espresso” telekanalı tərəfindən sosial şəbəkələrdə yayımlanıb və bu zaman çoxsaylı xoş olmayan şərhlər yazılıb.

Onlardan bir neçəsini təqdim edirik:

"Sığınacaqda xoşbəxtlik dərsləri hələ qarşıdadır, bu skumbriya məni gözləyir".

“Xoşbəxtlik o zamandır ki, sülh var, günəş parlayır və yaralar sağalır!”

"Və dərsləri bədbəxt müəllimlər keçəcək!"

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm