Lukaşenkodan gözlənilməz bəyanat: Ukraynanın bərpasına hazırıq
Bizi izləyin

MDB

Lukaşenkodan gözlənilməz bəyanat: Ukraynanın bərpasına hazırıq

Münaqişə bitdikdən sonra Ukraynanın bərpası üçün ona dəstək verməyə hazırıq.

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, hər dəfə Kiyevin köməyə ehtiyacı olanda Ukrayna prezidenti Vladimir Zelenski Belarus və ya Rusiyaya deyil, ABŞ-a gedir. Belarus prezidenti həmçinin bəyan edib ki, Vaşinqtonun dağıdılmış Ukrayna şəhərlərinin bərpasına kömək edəcəyini düşünmək düzgün deyil.

“Əgər hakimiyyət dəyişsə, deyəcəklər: “Volodya, sən kimsən?”, deyə Lukaşenko vurğulayıb.

Lukaşenko hesab edir ki, ABŞ hökuməti tezliklə öz daxili problemləri ilə məşğul olacaq və Ukraynaya kömək etməkdən imtina edəcək. Ona görə də Belarus lideri Kiyevi həqiqətən kimin onun tərəfini tutacağı barədə düşünməyə çağırıb.

Belarus prezidenti onu da əlavə edib ki, əgər Polşa Ukraynanın qərb ərazilərinin bir hissəsini ələ keçirməyə çalışarsa, Minsk ukraynalıları dəstəkləyəcək.

“Əgər polyaklar Ukraynaya girib onun qərb hissəsini tutmağa çalışsalar, biz ukraynalıları dəstəkləyəcəyik, çünki anlayırıq ki, növbəti biz olacağıq”, - deyə Belarus lideri yekunlaşdırıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm