MDB
Müdafiə Nazirliyindən 500 milyon oğurlayan iş adamını 10 ilə yaxın həbs gözləyir
“EMK-Engineering” şirkətinin top meneceri Andrey Çesnokovu 10 ilə yaxın həbs cəzası gözləyir.
Publika.az “Kommersant”a istinadən xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən Rusiya Müdafiə Nazirliyindən pul oğurlayan, dələduzluqda ittiham olunan Çesnokova 10 il həbs cəzası verilməsini istəyib.
Qeyd olunub ki, Çesnokov, habelə onun əlaltıları Vadim Lesnıx və Vasili Titova qarşı dələduzluq ittihamı ilə cinayət işinə Xamovniçeski Rayon Məhkəməsində 2022-ci ilin avqustundan baxılır. Nəşrin məlumatına görə, bu yaxınlarda Baş Prokurorluq məhkəmədən adıçəkilən şəxslərin təqsirli bilinməsini və onların cəzalarını ümumi rejimli koloniyada çəkmələrini xahiş edib.
Beləliklə, Çesnokovu təxminən 10 il, Lesnıx və Titovu isə 9 və 8 il həbs cəzası gözləyir.
İstintaqın məlumatına görə, iş adamı iki şəriki ilə Qazaxıstanda yerləşən və Rusiya hərbçiləri tərəfindən icarəyə götürülmüş “Terekta” və “Turqay” poliqonlarının yenidən qurulması üçün ayrılan 760 milyon rublun (təxminən 14 milyon 900 min manat) az qala 500 milyonunu (9 milyon 800 min manat) oğurlayıb. Dövlət ittihamçısı həmçinin Rusiya Müdafiə Nazirliyinin Çesnokov, Lesnıx və Titova qarşı 488 milyon rubl dəyərində iddiasının təmin edilməsini də xahiş edib.
Vazeh BƏHRAMOĞLU
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO
-
Magazin110 Oktyabr 23:12
Aygün Kazımovanın bu geyimi görün neçəyədir - FOTO
-
Səhiyyə10 Oktyabr 22:36
Bu xəstəliklər bağırsaq xərçənginə YOL AÇIR
-
İdman10 Oktyabr 22:24
Azərbaycanda televiziya kanalına o rəhbərlik edəcək - FOTO/TƏYİNAT
-
Avropa10 Oktyabr 21:15
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı belə QƏRAR VERDİ
-
Sosial10 Oktyabr 21:05
Əhmədin müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA