MDB
Rusiyanın 3 vilayətində antiterror əməliyyatı rejimi tətbiq edildi
Rusiyanın Kursk, Bryansk və Belqorod vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək və Kiyev rejimi tərəfindən Rusiya Federasiyasının regionlarında sabitliyi pozmağa cəhd edən terror aktlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayəti ərazisində törətdiyi terror aktının nəticəsi olaraq mülki əhali arasında itkilər, yaşayış binalarının və digər mülki obyektlərdə dağıntılar baş verib. Məhz buna görə də Terrorla Mübarizə Komitəsinin rəhbəri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatları təşkil etmək qərarına gəlib.
Adıçəkilən vilayətlərdə antiterror əməliyyatı rejimnin tətbiq edildiyi və müvəqqəti məhdudiyyətlər qoyulduğu vurğulanıb.
-
Rəsmi xronika21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin120:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial20:10
Ağdamda tikilən evlərin FOTOLARI
-
Dünya19:48
Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" - FOTO/VİDEO
-
Region19:24
Pezeşkian Ermənistan hakimiyyətini təbrik etdi
-
Sosial18:24
Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır
-
Rəsmi xronika17:37
İlham Əliyev Ağdamda - Yeniləndi