MDB
Ukrayna Seym çayı üzərində daha bir körpünü partlatdı
Ukrayna ordusu gecə saatlarında Seym çayı (Kursk vilayəti) üzərindəki üçüncü körpünü vurub.
Publika.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı mənbələrə istinadən məlumat yayıb. Telekanalın məlumatına görə, körpünün üç sütunu qırılıb.
Rusiya Silahlı Qüvvələrinin bu ərazidə qruplaşması ponton keçidləri ilə tam dəstəklənir - bu, sərhədyanı ərazilərin əhalisinin təxliyəsini davam etdirməyə imkan verir.
Avqustun 14-də regional əməliyyat qərargahı Qluşkovski rayonunun sakinlərinin məcburi təxliyəsi barədə qərar qəbul edib. İki gün sonra - avqustun 16-da qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, Qluşkovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Seym çayı üzərindəki körpü dağıdılıb.
Tural
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?