MDB
Kim Çen Indən Rusiya ilə bağlı FƏRMAN
Koreya Xalq Demokratik Respublikası Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib.
Publika.az xəbər verir ki, bununla bağlı fərmanı noyabrın 11-də Dövlət Şurasının Sədri Kim Çen In imzalayıb.
Razılaşma ratifikasiya sənədlərinin mübadiləsi günündən qüvvəyə minəcək.
Ümumilikdə 23 maddənin olduğu sənədi daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ratifikasiya etmişdi.
Qeyd edək ki, müqavilə iyun ayında Rusiya Prezidenti Vladimir Putinin paytaxt Pxenyana səfəri zamanı imzalanıb. Bu sazişin 4-cü maddəsində nəzərdə tutulur ki, “tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, eləcə də KXDR və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq dərhal bütün mövcud vasitələrlə ona hərbi yardım göstərəcək”.
RF və KDRX arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi əvvəllər rəsmi olaraq qüvvədə olmasa da, uzun müddətdir ki, müxtəlif mənbələr Şimali Koreyadan olan hərbçilərin artıq Rusiya olduğunu və Ukraynaya qarşı müharibəyə göndəriləcəyini bildirir.
-
Kriminal19:05
Azər Qasımlı barədə QƏRAR verildi
-
Dünya18:55
Kamal Kılıçdaroğlu və həyat yoldaşı QƏZAYA DÜŞDÜ
-
Hadisə18:45
Gəncədəki partlayış səsləri ilə bağlı daha bir AÇIQLAMA
-
Nida Xəbər 18:40
Statistika Şurasının YENİ TƏRKİBİ
-
Kriminal18:22
35 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan şəxslər İFŞA OLUNDULAR
-
Sosial17:48
MN-dən Seyfəli poliqonu ətrafında yayılan partlayış səsləri ilə bağlı məlumat
-
Hadisə17:10
ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü - Yeniləndi
-
Hadisə16:36
Saatlı sakini bu biznesmenin evindən yarım milyon oğurladı, kazinoda uduzdu