Rusiyadan yeni həmlə: səssiz motosikletlərlə hücum
Bizi izləyin

MDB

Rusiyadan yeni həmlə: səssiz motosikletlərlə hücum

Rusiyada Şimal Hərbi Dairəsi zonasında hərəkət etmək üçün səssiz hücum motosikletləri yaradılıb.

Publika.az xəbər verir ki, rusiyalı mütəxəssislər müdafiənin ön xəttində və xüsusi əməliyyat zonasında işləri asanlaşdırmaq üçün yeni nəqliyyat vasitələri yaradıblar.

Bu barədə "TASS" motosikletin istehsalçısı "Qorizont" ASC-nin nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti bildirib ki, bunlar artıq Ukraynanın xüsusi əməliyyat zonasında dayaq məntəqələrini ələ keçirmək məqsədilə gizli hücumlar üçün istifadə olunur. Bu nəqliyyat vasitələri səssizcə hərəkət edir və termal kameralar vasitəsilə belə görünmür. Motosikletlərin çəkisi 35 kq-dır və onlar saatda 50-60 km sürətə çata bilirlər.

"Bizim hücum motosikletlərimizi ataraq yük maşınından boşaltmaq olar. Ona heç nə olmayacaq”, - TASS-ın həmsöhbəti qeyd edib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm