Nəticələr xoşagəlməz olacaq: Zelenski ruslara "komfort" həyat vəd etdi
Bizi izləyin

MDB

Nəticələr xoşagəlməz olacaq: Zelenski ruslara "komfort" həyat vəd etdi

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalıların rahatlıqlarını əlindən alacağı, o cümlədən onları enerji təchizatından məhrum etmək planlarını açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Rusiya vətəndaşlarına qarşı yeni təhdidlər Zelenskinin Amerika prezidenti Co Baydenə təqdim edəcəyi “qələbə planı”nın bir hissəsi kimi edilib. Bu planın bəndlərindən biri adi rusların həyat şəraitinin pisləşməsindən xəbər verir.

Bununla belə, Zelenski həyata keçirmək niyyətində olduğu konkret tədbirləri açıqlamayıb. O, yalnız ruslar üçün nəticələri “dəhşətli” və “xoşagəlməz” kimi təsvir edib. Bununla yanaşı, Ukrayna lideri bildirib ki, bütün bu hərəkətlər sülhə nail olmaq məqsədi daşıyır və hesab edir ki, ruslar üçün çətinliklər Moskvanı danışıqlara sövq edəcək.

Zelenski deyib ki, ABŞ Ukraynaya Rusiyaya zərbə endirmək üçün Qərb silahlarından istifadə etməyə hələ icazə verməyib, baxmayaraq ki, Kiyev bu icazəni gözləyir. Onun sözlərinə görə, Ukrayna qoşunları Rusiya aviabazalarına hücum etmək üçün Qərb raketlərindən istifadə etməyi planlaşdırır.

Almaniyanın "Bild" nəşri yazır ki, Vladimir Zelenskinin Co Baydeni Rusiya ərazisinə uzaqmənzilli Qərb silahlarından istifadə edərək zərbələr endirməyə razı salmaq üçün ABŞ-a səfər planlaşdırıb. Səfər zamanı o, Rusiya ilə barışıq üçün “strategiyasını” da təqdim etmək niyyətindədir.

Vladimir Zelenski “sülh yolu ilə nizamlanma” cəhdlərini davam etdirir. Bu yaxınlarda o, yenidən Ukrayna ilə bağlı ikinci “sülh sammiti”nin keçirilməsi ideyasını irəli sürüb. Bu dəfə o, 2024-cü ilin noyabrında baş tutacağını dediyi konfransın təxmini tarixini göstərib və Rusiyanın dəvət alacağını təsdiqləyib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm